Təlim müddəti:48 saat (3-4 ay)
Təlimə daxildir:Dərs materialları, məsələ tipləri, dərslərin video-qeydi və sınaq
imtahanları
Nəzəri hissə:
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi
və vergi sistemi, vergilərin müəyyən edilməsinin əsas şərtləri;
- Vergi qanunvericiliyinin tətbiqi zamanı istifadə
olunan anlayışların praktiki izahı. Bazar qiyməti və onun tətbiq edildiyi hallar;
- Vergi ödəyicisi və vergi agentinin vergitutma
məsələləri üzrə əsas hüquq və vəzifələri. Qarşılıqlı surətdə asılı olan şəxslər;
- Dövlət vergi orqanları və onların təyinatı.
Vergi orqanlarının vergitutma məsələləri üzrə əsas hüquq və vəzifələri;
- Vergi nəzarəti tədbirləri, vergi ödəyicilərinin
uçotu;
- Kameral və səyyar vergi yoxlamaları. Operativ
vergi nəzarəti;
- Vergi qanunvericiliyinin pozulması halları və bu
hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri;
- Vergi qanunvericiliyinin pozulması halları və bu
hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri, Vergi
orqanlarının hərəkətlərindən şikayət edilməsi qaydası;
- Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı
hüquq və vəzifələri, vergi sərəncamları və Vergi Məcəllədə nəzərdə tutulan digər
müddəalar;
Praktiki hissə:
- Fiziki şəxslərin gəlir vergisi - rezident və
qeyri-rezident fiziki şəxslərin gəlirlərinin bölgüsü. Fiziki şəxslərin vergiyə cəlb
edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında izahı;
- Gəlir vergisi üzrə praktiki hissə - işçi heyəti
ilə hesablaşmalar (əmək haqqı, ezamiyyət və digər ödənişlər üzrə), hesablaşmaların
"Vahid hesabat"da əks etdirilməsi. Muzdlu işlə bağlı 10 ballıq PMS məsələlərinin izahı;
- Hüquqi şəxslərin mənfəət vergisi - hüquqi
şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında
izahı;
- Fiziki şəxslərin gəlir vergisinə və hüquqi
şəxslərin mənfəət vergisinə aid olan maddələr - gəlirdən çıxılan və çıxılmayan xərclər.
Amortizasiya və təmir xərclərinin gəlirdən çıxılmasının praktiki aspektləri. Aktivlər
təqdim edilərkən gəlir və zərərin müəyyənləşdirilməsi;
- Fiziki şəxslərin gəlir vergisinə və hüquqi
şəxslərin mənfəət vergisinə aid olan maddələr - rezident və qeyri-rezident (hüquqi və
fiziki) şəxslərin ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirləri. ÖMV bəyannaməsinin
praktiki məlumatlar əsasında tərtib olunması;
- Mənfəət vergisi üzrə praktiki hissə - gəlirin və
xərcin uçotu qaydası. Hüquqi şəxslərin mənfəət vergisi bəyannaməsinin praktiki
məlumatlar əsasında tərtib edilməsi. Mənfəət vergisi ilə bağlı 10 ballıq PMS
məsələlərinin izahı;
- Əlavə dəyər vergisi - ƏDV-nin mahiyyəti.
Qeydiyyat və qeydiyyatın ləğvi. Vergitutma obyekti, vergi tutulan əməliyyatların
dəqiqləşdirilməsinin praktiki misallar əsasında izahı;
- Əlavə dəyər vergisi - ƏDV-yə (18% və 0% dərəcəsi
ilə) cəlb edilən və ƏDV-dən azad edilən əməliyyatlar. ƏDV-yə cəlb edilən əməliyyatlar
aparılarkən vaxtın və yerin müəyyən edilməsi;
- ƏDV üzrə praktiki hissə - qeyri-rezidentlər üzrə
aparılan ödənişlərin ƏDV-yə cəlb edilməsi. Vergi tutulan əməliyyatlar üzrə büdcəyə
hesablanmalı və əvəzləşdirilməli olan ƏDV. ƏDV bəyannaməsinin praktiki məlumatlar
əsasında tərtib olunması. ƏDV üzrə 10 ballıq PMS məsələlərinin izahı;
- PMS imtahanı üzrə sınaq imtahanı;
- Əmlak vergisi - hüquqi və fiziki şəxslərin əmlak
vergisinin hesablanması və ödənilməsi. Müəssisənin əmlakının vergi tutulan dəyərinin
müəyyən edilməsi;
- Torpaq vergisi - hüquqi və fiziki şəxslərin
torpaq vergisinin hesablanması və ödənilməsi;
- Mədən vergisi - vergi ödəyiciləri, vergitutma
obyekti, verginin hesablanması və ödənilməsi qaydası;
- Mülki qanunvericilik üzrə test tapşırıqları;
- Əmək qanunvericiliyi üzrə test tapşırıqları;
- PMS imtahanı üzrə sınaq imtahanı;
- PMS imtahanı üzrə sınaq imtahanı;
- PMS imtahanı üzrə sınaq imtahanı;